Övladını satmaq istəyən ana danışdı – “Əsəbi vaxtıma düşdü”

Sosial

Bir müddət əvvəl sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ananın hərəkəti böyük rezonans doğurub.

“Qafqazinfo”nun məlumatına görə, artıq azyaşlı anadan alınaraq, dövlətin himayəsinə verilib.

Nəzrin Qurbanova elanı imkansızlıq ucbatından verdiyini deyib:

“Kirayədə qalıram. Ailədə problem olduğu üçün övladımı sosial şəbəkədə paylaşdım. Onsuz da uşağımı satmayacaqdım, əsəbi vaxtıma düşdü. Heç bir valideyn övladını satmaz”.

Ana övladı ilə görüşmək istədiyini deyib:

“İstəyirəm ki, övladımı mənə qaytarsınlar. Mümkün deyilsə, görüş vaxtları təyin olunsun, gedib oğlumu görüm. Uşağımı istəyirəm, başqa heç nə istəmirəm. Doğma atası qoyub gedib, heç olmasa mən baxım”.

Ətraflı BakuTv-nin videomaterialında:

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir