Duman səbəbindən ertələnmiş reyslərin sərnişinləri Naxçıvana çatdırıldılar

Cəmiyyət


“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) əlverişsiz hava şəraiti (duman) səbəbindən təxirə salınmış Bakı-Naxçıvan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.

Bu barədə aviaşirkətdən bildirilib.

Qeyd edək ki, sərnişinlər aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə əldə edə bilərlər.

Xatırladaq ki, daha öncə AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir