İngiltərə millisinin və “Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat edib

Dünya


İngiltərə millisinin və “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.

Keçmiş futbolçuya demensiya (ağılsızlıq) diaqnozu qoyulmuşdu.

Məlumat üçün qeyd edək ki, Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab olunur.

İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, “Qızıl top”la mükafatlandırılıb.

Bobbi Çarlton “Qırmızı şeytanlar”ın heyətində üçqat İngiltərə çempionu olub, həmçinin bir dəfə İngiltərə Kuboku, dörd dəfə İngiltərə Superkubokunun sahibi olub.

Mənbə: Championat

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir