Azərbaycanın vəkil və hüquqşünasları İspaniyada futbol turnirində iştirak ediblər – FOTO

Dünya


Cari ilin 26 sentyabr – 1 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri və ölkənin hüquqşünasları İspaniyanın Salou şəhərində təşkil edilən futbol üzrə 7-ci “Lawyers World Cup” adlı dünya çempionatında iştirak ediblər.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Portuqaliyanın “Catchawards” Vəkil Bürosunun təşkil etdiyi turnirə Azərbaycanın vəkil və hüquqşünasları ilə yanaşı, Braziliya, Kolumbiya, Çili, İndoneziya, Hindistan, Niderland, Polşa, Fransa, İspaniya, Portuqaliya, Özbəkistan, Əlcəzair, Mərakeşin vəkil və hüquqşünasları da qatılıb. 

Gərgin keçən futbol turnirində azərbaycanlı vəkil və hüquqşünaslar İndoneziya, Polşanın “Bielsko-Biala” ilə “Silesian Bar Association” komandalarına məğlub olsalar da, Əlcəzairdən olan həmkarlarına qalib gəliblər.  

Turnirin finalında İndoneziya ilə “Silesian Bar Association” komandaları üz-üzə gəlib. Görüşdə İndoneziya hüquqşünasları rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Turnirdə komandamız 7-ci olmaqla kifayətlənib.

Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçirilən futbol üzrə dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir