ABŞ Senatında dres-kod ləğv edildi

Dünya


ABŞ Konqresinin senatorları kostyum və qalstuk və ya rəsmi qadın geyimi tələb edən dres-kod ləğv edildikdən sonra iclaslara gündəlik geyimdə gələ biləcəklər.

Verilən məlumata görə, bazar ertəsi Senatda demokratik çoxluğun lideri Çak Şumer (Nyu-York ştatından) Parlament nümayəndəsinə ondan artıq parlament üzvlərinin arasında geyim qaydalarına riayət etmək tələb olunmadığını deyib.

“Senatorlar konfrans zalında nə geyinəcəklərini özləri seçə bilərlər. Mən kostyum geyinməyə davam edəcəyəm”, – deyə Ç.Şumerin bəyanatından sitat gətirilir.

Həmçinin bildirilir ki, dres-kodun ləğv edilməsinin səbəbi onilliklər ərzində qanunvericilər üçün tövsiyə olunan iş geyim forması hesab edilən kostyum və qalstuklardan imtina etməyə başlayan senatorların davranışı olub. Belə ki, Con Fetterman (Pensilvaniya ştatından olan demokrat) iş üçün dəfələrlə enli şort və sviterdə gəlib.

Qeyd olunur ki, ləğvetmə Konqres Nümayəndələr Palatasının üzvlərinə şamil edilmir.

Bu qərar Respublikaçılar Partiyasının nümayəndələrinin tənqidinə səbəb olub. 46 respublikaçı senator Şumerə məktub göndərərək, dres-kodun ləğvindən dərin məyusluq və kəskin narazılıqlarını ifadə edərək, onun dərhal bərpa olunmasını tələb ediblər.

 “Senatda gündəlik geyim geyinməyə icazənin verilməsi xidmət etdiyimiz quruma və təmsil etdiyimiz amerikalı ailələrə hörmətsizliyi əks etdirir”, – deyə məktubda qeyd olunub.

Həmçinin vurğulanıb ki, qanunvericilər üçün heç vaxt rəsmi dres-kod olmayıb, kişilər ənənəvi olaraq qalstuklu kostyum, qadınlar isə çiyinləri bağlı don və ya şalvarlı kostyum geyinirdilər. 2019-cu ildə Demokratlar Partiyasının senatoru Emi Klobuşarın (Minnesota ştatı) təşəbbüsü ilə yuxarı palatadakı qadınlara qolsuz don geyinməyə icazə verilib.

Xatırladaq ki, bir neçə il əvvəl Nümayəndələr Palatasının qadın üzvlərinə belə paltar geyinməyə icazə verilirdi.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir