Nazirlik: “İstanbul sərgisində Azərbaycanın müdafiə sənayesi məhsullarına çox böyük maraq var”

Dünya


“Bu il İstanbulda keçirilən “IDEF-2023” sərgisində Azərbaycan 133 adda məhsul nümayiş etdirdi və qardaş Türkiyədə bizim stendə çox böyük maraq var”.

Bunu “resmixeber.az”un Türkiyə bürosuna Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Hərbi texniki əməkdaşlıq şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan polkovnik-leytenant Nadir Əliyev bildirib.

“IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində Azərbaycan stendinin iyulun 25-dən yer aldığını deyən N.Əliyev qeyd edib ki, sərgidə Azərbaycanın modernləşdirilmiş müdafiə sənayesi məhsulları da nümayiş etdirilir:

“Ümumilikdə sərgidə nazirliyimizin müəssisələrində istehsal olunan pilotsuz uçuş aparatları, müxtəlif növ atıcı silahlar, yaxın döyüş vasitələri, 5X45-dən başlayaraq 30 millimetr çapına qədər bütün növ mərmilər, yaxın məsafəli döyüş vasitələrindən – müxtəlif qumbaraatanlar, artilleriya silahlarından 60, 81 və 82 millimetrlik minaatanlar nümayiş olunur. Bundan əlavə, 30 millimetrlik yeni avtomatik qumbaraatanlar (AQS-30) da sərgiləyirik ki, buna modernləşdirilmiş variant da demək olar. Çünki bu, AQS-17-nin daha yeni modelidir. Bunlardan əlavə sərgidə dəstləşdirici vasitələr var. Adsız silahların və döyüş silahlarının qutuları 200-100 millimetrlik, yüz ədədlik pulemyot patronları üçün qutular, daha sonra 12,7-30,0 millimetrlik sursatlar üçün döyüş qutularını sərgidə nümayiş etdirdik”.

Nazirliyin baş məsləhətçisi deyib ki, Türkiyədə Azərbaycan stendi maraqla izlənilir:

“Qardaş ölkədə stendimizə maraq çox böyükdür. Görünür, Azərbaycan-Türkiyə yüksək səviyyəli müttəfiqlik əlaqələri də burada önəmli rol oynayır. Tək Türkiyədən yox, müxtəlif dövlətlərdən nümayəndə heyətləri də stendimizi ziyarət edirlər”.

Qeyd edək ki, açılışına Azərbaycanın müdafiə naziri general Zakir Həsənovun da qatıldığı 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisi iyulun 25-də Türkiyənin İstanbul şəhərində TÜYAP Konqres Mərkəzində açılıb.

Azərbaycan sərgidə ayrıca stendlə təmsil olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir