Qaradağ rayon sakinləri təhlükə ilə üz-üzə – VİDEO

Cəmiyyət


Qaradağ rayon sakinləri yol problemi ilə üzləşdiklərini iddia ediblər.

Bununla bağlı resmixeber.az-ın redaksiyasına şikayət ünvanlayan qəsəbə sakinləri təhlükə içərisində qaldıqlarını bildiriblər:

“Bura Qaradağ rayonunun, Qobustan qəsəbəsidir. İnsanların, avtomobillərin hərəkət etdiyi yol hasara alınıb. Çox təəssüflər olsun ki, hasarlanan zaman ərazidə qalan zibilləri, daş və torpaq qalıqlarını təmizləyən yoxdur”.

Şikayətçilər problem səbəbindən dəfələrlə qəza baş verdiyini qeyd ediblər:

“Burada dəfələrlə qəza hadisəsi baş verib. Qəza sırf ərazidə qalan daş, torpaq qalıqları səbəbindən olub. Tədbir görülməsə qəza və insan tələfatı çoxala bilər. Çox acınacaqlı vəziyyətdir”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir