Hazırda Qubada leysan yağır, sel gözlənilir – XƏBƏRDARLIQ

Cəmiyyət


Hazırda Quba rayonunda leysan xarakterli yağış yağır.

Bunu “resmixeber.az”a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 4-də Quba rayonu ərazisində yağış buludları müşahidə olunur:

“Axşam saatlarında da yağıntının intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağışlarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir