Bakı-Sumqayıt qatarlarında biletlərlə bağlı YENİLİK

Cəmiyyət


Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırılıb.

Bu barədə resmixeber.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşımada ödənişlər ADY kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.

Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir