Bərdədə evə ildırım düşdü, yanğın oldu – VİDEO

Cəmiyyət


Bərdə rayonunda fərdi yaşayış evini ildırım vurub. Hadisə rayonun Vəliuşağı kəndində qeydə alınıb. Nəticədə Laçın rayon sakini Rəcəb Məmmədova məxsus ümumi sahəsi 30 kvadratmetr olan kürsülü birmərtəbəli evdə yanğın olub.

Ev sahibinin qohumu Arif Mamedov deyir ki, hər şey beş dəqiqənin ərzində baş verdi: “Camaat tökülsə də, heç bir köməklik edə bilmədi. Xoşbəxtlikdən evdə heç kəs olmayıb. Evdə hər şey yanıb. Bircə sənədləri çıxara bilmişik”.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir