Bakıda partlayan su borusu suyun küçəyə axmasına səbəb oldu – VİDEO

Cəmiyyət


Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində içməli su borusu partlayıb.

Xezerxeber.az xəbər verir ki, Zahid Qəmbərov 2 ünvanında yerləşən yaşayış binasının sakinləri vəziyyətdən narazıdırlar.

Suyun həyətə sızması xüsusilə birinci mərtəbədə yaşayan ailələrə çətinlik yaradıb.

“Borudan sızan su binanın altına axır və ətrafa qoxu yayır”, – deyə sakinlər qeyd ediblər.

Borunun su sızdırması həm də ətrafda yaşayan digər sakinlərin evlərinə gedən suyun təzyiqini azaldıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, sözügedən su xətti istismar müddətini başa vurub:

“Yaxın zamanda su borusunun yararsız olan hissəsi kəsilərək yenisi ilə əvəz olunacaq”.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir