Pakistanda atışma nəticəsində ən azı 9 nəfər həlak olub

Dünya


Pakistanın Heybər-Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum nəticəsində azı 9 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlumata görə, çərşənbə günü Mələkənd rayonunda insident baş verib. Üç silahlı şəxs yaşayış evlərindən birinə soxulub, ev sakinlərinə atəş açıb, sonra isə hadisə yerini tərk edib.

Qeyd edilir ki, hücuma ailələr arasında mübahisə səbəb ola bilər.

Bildirilir ki, polis artıq şübhəliləri həbs edib. Yaralılar ən yaxın xəstəxanaya çatdırılıblar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir