Qaxda Bakı sakinini avtomobil vurdu

Cəmiyyət


Qaxda Bakı şəhər sakinini avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

İbadət Nağıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Bakı şəhər Xətai rayon sakini Elnur Məhərrəm oğlu Məhyəddinovu vurub.

Hadisə zamanı kəllə-beyn travması alan E.Məhyəddinov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir