Fransa alovlara büründü: İğtişaşlar genişlənir – VİDEO

Dünya


Fransada iğtişaşların coğrafiyası genişlənir.

Oxu.Az xəbər verir ki, Marselin mərkəzindəki Köhnə Liman rayonunda 300-ə yaxın nümayişçi dükanları qarət edib və şəhər xidmətlərinin avadanlıqlarını yandırıb.

Məlumata görə, etirazçılardan birinin atdığı əşya nəticəsində azı bir polis yaralanıb. Bildirilir ki, şəhərdə vəziyyət son dərəcə gərgin olaraq qalır. 

Qeyd olunur ki, qara geyimli və maskalı, əlində dəyənək olan nümayişçilər zibil qutularını və avtomobilləri yandırıb, polislə toqquşurlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edirlər. İğtişaşlarda əsasən gənclər iştirak edir.

Oxşar hadisələr Blois şəhərində də baş verir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir