Cəlilabadda avtomobil 80 yaşlı kişini vuraraq öldürdü

Cəmiyyət


Cəlilabad şəhərinin Qurtuluş prospektində 80 yaşlı kişini minik avtomobil vurub.

“resmixeber.az”un məlumatına görə, hadisə zamanı 1943-cü il təvəllüdlü Yaqub Əliyev xəsarət alıb.

Y.Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya açıq kəllə küt travması, sağ təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldırın orta aşağı açıq-qapalı və çoxsaylı sınıqları diaqnozu qoyulub.

Y.Əliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir