Erməni “qanuni oğru” və dəstəsi İspaniyada ələ keçdi – FOTO

Kriminal


İspaniya Milli Polisi “qanuni oğru”nun rəhbərlik etdiyi Ermənistandan olan mühacirlərdən ibarət cinayətkar təşkilatın fəaliyyətini dayandırıb.

Bu barədə İspaniya hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə məlumat verilib.

Məlumata görə, İspaniya və Fransada qruplaşmanın 28 üzvü saxlanılıb. Qruplaşmanın başçısı isə krallıqda ələ keçirilib. 

Hüquq-mühafizə orqanlarının apardıqları çoxsaylı axtarışlar zamanı odlu silah, döyüş sursatı, pul və qızıl-zinət əşyaları müsadirə olunub.

Cinayət təşkilatının mövcudluğu barədə 2020-ci ilin sonunda məlum olub. Qrupun başçısı barədə əvvəllər də araşdırma aparılıb. Polisin məlumatına görə, şübhəlilər oğurluq, reketçilik, Avropadan tütün qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olublar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir