“Real Madrid” futbolçusu Dani Sebaylosla yeni müqavilə imzalayıb.
“Kral klubu”nun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayına qədər komandanın formasını geyinəcək.
2017-ci ildən “Real Madrid”də çıxış edən İspaniya millisinin üzvü ötən mövsüm La Liqada 30 oyun keçirib və 4 məhsuldar ötürmə edib.
www.RESMIXEBER.az

