Yevlaxda evdə yanğın olub, xəsarət alan var

Cəmiyyət


Yevlax şəhərində ümumi sahəsi 182 kv.m (hər mərtəbəsi 91 kv.m) olan ikimərtəbəli dördotaqlı evdə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, eyvanda həcmi 3 litr olan məişət qaz balonunun başlıq hissəsi və sızan maye qaz yanıb.

“Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir