Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən var – YENİLƏNİB + FOTO

Cəmiyyət


Hacıqabulun İkinci Paşalı kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatı məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmamverdi oğlu idarə etdiyi 24-BF-954 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobillə yaxın qohumunun dəfn mərasimindən qayıdarkən idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, rayonun Birinci Udulu kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, M.Babayev dünyasını dəyişib. Digər yaralı isə ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mircəlal Ağayev “Azərişiq” ASC-də nəzarətçi-mühəndis vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

21:16

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb.

Qəzada yaralanan kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu Şirvan xəstəxanasına çatdırılsa da bir neçə dəqiqədən sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir