Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketini razılaşdırıb

Dünya


Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri çərşənbə günü Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulu barədə razılığa gəliblər.

Bu barədə İsveçin Aİ Şurasına sədrliyi “Twitter” hesabında məlumat yayıb.

Məlumata görə, paketə sanksiyalardan yayınma hallarına qarşı yönəlmiş tədbirlər daxildir.

Polşanın Aİ-dəki səfiri Anjey Sadoş məlumat verib ki, 11-ci paketə 70 fiziki, 30 hüquqi şəxsə qarşı məhdudiyyətlər, həmçinin “Drujba” kəmərinin cənub qolundan neft nəqli və Rusiya qoşqulu avtomobillərinin Aİ ölkələrinə girişinə qadağa daxildir.

Avropa Komissiyası qeyd edib ki, 11-ci paketin bir hissəsi kimi təklif edilən qadağanedici tədbirlər ildə 11,4 milyard avro həcmində ticarətin qarşısını almalıdır.

Xatırladaq ki, 10-cu sanksiyalar paketi fevralın 25-də qəbul edilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir