Bakıda qadının pulqabısı oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23 500 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.
Qadının çantasından oğurlanan 23 500 ABŞ dollarını ailə ev almaq üçün istifadə edəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az

