Ərəblər portuqaliyalı yarımmüdafiəçini “Barselona”nın əlindən aldılar

Dünya


“Vulverhempton”un futbolçusu Ruben Neveş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əl-Hilal” Portuqaliya millisinin üzvünün transferini bitirib.

Ərəblər 26 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna 50 milyon avro ödəyəcəklər. R.Neveş 3 illik müqaviləyə imza atacaq. Keçidin bu həftə açıqlanacağı gözlənilir.

2017-ci ildən “Vulverhempton”da çıxış edən Rubven Neveş ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 6 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun karyerasını “Barselona”da davam etdirəcəyi gözlənilirdi.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir