Bakıda marketdə 9 min manatlıq spirtli içkini sındıran şəxs saxlanıldı – VİDEO

Cəmiyyət


İyunun 15-də Yasamal rayonu ərazisindəki marketə gəlmiş naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir