Bu gün Şamaxının Meysəri kəndində “Hava şarları Festivalı”na start verilib.
Oxu.Az xəbər verir ki, tədbirin ilk günü – iyunun 17-də layihənin iştirakçıları üçün təqdimat olacaq, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq.
Bir qədər sonra Şamaxıda Hava Şarları Festivalında nümayiş uçuşu olacaq. Qonaqlar festivalın əyləncə zonalarında festival ab-havası yaşamaqdadır.
Qeyd edək ki, festival iki gün – 17-18 iyun tarixlərində baş tutacaq.



























www.RESMIXEBER.az


