Tovuzda “KamAZ”la sərnişin avtobusu toqquşub – FOTO

Cəmiyyət


Tovuzda “KamAz”la sərnişin avtobusu toqquşub.

“Unikal.az”ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu ilə KamAz” toqquşub. Qəza zamanı “KamAz”ın sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisədə xəsarət alan “KamAz”ın sürücüsü 1980-ci il təvəllüdlü Teymur Məmmədovdur. Qeyd edək ki, qəza zamanı sərnişin avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir