Gürcüstanda hərbi poliqonda batalyon komandirini ildırım vurub

Dünya


Gürcüstan Silahlı Qüvvələrinin batalyon komandirini ölkənin Samtsxe-Cavaxeti regionunda yerləşən Orfolo poliqonunda ildırım vurub.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, zərərçəkənə yerindəcə tibbi yardım göstərilib, daha sonra o, Axalsıx şəhərində yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yüksəkrütbəli hərbçinin vəziyyəti kirtikdir.

Mənbə: Sputnik Gürcüstan

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir