Niderland Avropanın ən böyük qaz yatağını bağlamaq niyyətindədir

Dünya


Niderland 1 oktyabr tarixinə qədər Qroningendə yerləşən Avropanın ən böyük qaz yatağını tamamilə bağlamağı planlaşdırır.

Məlumata görə, ölkənin şimal-şərqində yerləşən yatağının bağlanması gələn qış ərəfəsində qaz təchizatını məhdudlaşdıra bilər.

Niderland hökumətinin nümayəndəsinin sözlərinə görə, Nazirlər Kabineti iyun ayı ərzində rəsmi qərar qəbul edəcək.

Qeyd edək ki, qaz yatağının istismarının dayandırılması barədə qərar bölgədə seysmik aktivliyin getdikcə artması səbəbilə verilir.

Mənbə: Bloomberg

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir