Azərbaycanda balansında hoteli və ferması olan peşə məktəbləri açılacaq

Cəmiyyət


“2016-cı ildən indiyə qədər peşə təhsilinin inkişafı üçün vacib sənədlər qəbul edilib. 2026-cı ildə peşə təhsili alan tələbələrin sayı 40 mindən çox olacaq”.

resmixeber.az xəbər verir ki, bununla bağlı Peşə Təhsili Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə məlumat verib. 

O qeyd edib ki, hazırda il ərzində peşə təhsili alan tələbələrin sayı 19 min nəfərdir:

“Azərbaycanda bu il Cəlilabadda peşə məktəbi açılacaq. Bu peşə məktəbini digərlərindən fərqləndirən məqam daxilində heyvandarlıq sahəsinin öyrənilməsi üçün fermanın fəaliyyət göstərməsidir. Həmçinin, bu peşə məktəbində bitkilərlə bağlı təcrübələrin işlənilməsi üçün əkin-biçin sahəsi də olacaq.

İlin sonunda isə Lənkəranda peşə məktəbinin açılışı nəzərdə tutulur. Lənkərandakı məktəb isə ilk peşə təhsili müəssisəsidir ki, balansında hotel fəaliyyət göstərəcək”.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir