FHN: Ötən sutka ərzində 31 yanğına çıxış olub – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 31 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən Nardaran qəsəbəsi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir