Bakıda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Cəmiyyət


Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağına yığılan məişət və taxta tullantıları 15 kvadratmetr sahədə yanıb.

“Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə nazirlikdən bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir