Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıblar

Cəmiyyət


Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıblar.

resmixeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1994-cü il Nəsimət Zahid qızı Məmmədli yaşadığı evin həyətində ocaq qalayan zaman ocağa benzin töküb. Anidən baş verən alov nəticəsində N.Məmmədli və yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir