Bakıda peyda olan gürzə ilanı bina sakinlərini təşvişə saldı – FOTO

Cəmiyyət


Bakının bəzi hissələrində peyda olan ilanlar sakinlərin təşvişinə səbəb olub.

Bununla bağlı resmixeber.az-ın redaksiyasına müraciət edən sakinlər özləri məlumat veriblər. Xüsusilə, Nizami rayonu, Bəhruz Nuriyev, 40 ünvanında yaşayan sakinlər binanın giriş hissəsində zəhərli gürzə ilanının peyda olduğunu bildiriblər. Sakinlər ilanın uşaqlar və ətrafdakı şəxslər üçün ciddi təhlükə törətdiyini nəzərə alaraq, polisə məlumat veriblər.

Bina sakini qeyd edib ki, ərazidə olan post-patrul xidmətinin əməkdaşlarının köməyi ilə ilanı öldürüb, basdırmaq mümkün olub. Amma ərazidə yaşayanlar ilanın orada məskunlaşdığını düşündüklərindən təşviş içərisindədirlər. Onlar ərazinin ilanlara qarşı dərmanlanması, yaxud hansısa qabaqlayıcı tədbir görülməsi üçün müraciət edirlər.

Sakinlərin göndərdiyi fotonu təqdim edirik:

Məsələni diqqətdə saxlayacağıq.

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir