Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir” – FOTO

Cəmiyyət


“Naxçıvanda II turda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir”.

“resmixeber.az”un yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya jurnalistlərə bildirib.

O, qeyd edib ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib: “Lakin prezident seçkisində hər hansı namizəd 50 %-dən artıq səs toplaya bilmədiyi üçün ikinci tur keçiriləcək. Türkiyədə seçkinin ikinci turu mayın 28-də baş tutacaq. Ancaq xaricdə yaşayan Türkiyə vətəndaşları üçün fərqli tarixdə keçirilir. Baş Konsulluqda bu gün, sabah və ayın 22-də vətəndaşlarımız saat 08:00-dan 22:00-dək bura gələrək səslərini verə bilərlər. Keçən dəfə (birinci tur) 1 033 vətəndaşımız səs verib”.

Qeyd edək ki, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir