Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

Cəmiyyət


Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

“resmixeber.az”un xəbərinə görə, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Vaqif İsa oğlu Qəhrəmanov idarə etdiyi QAZ-2410 markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Valeh Vahid oğlu Mustafayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər – V.Qəhrəmanov və V.Musayev, eyni zamanda “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin Validə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir