Bakıda adam bıçaqlamaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb

Kriminal


Bakıda adam bıçaqlamaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.

resmixeber.az xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

Bıçaq xəsarətləri alan 2002-ci il təvəllüdlü Tahir Abbaszadə xəstəxanaya yerləşdirilib.

İstintaq zamanı məlum olub ki, Tahir Abbaszadəni evlərinin qarşısında tanışı Malik Abdullayevlə birgə onunla mübahisə edən 2005-ci il təvəllüdlü Fuad Eminli bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlayıb, Fuad Eminli saxlanılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir