Kürdəmirdə fərdi yaşayış evində yanğın olub – VİDEO

Cəmiyyət


Kürdəmirdə üç otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğının daha da genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir