Şəmkirdə 28 yaşlı qadını maşın vuraraq öldürüb

Cəmiyyət

Şəmkirdə müəlliməni maşın vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub.

Piyada xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, ölən qadın müəllimə olub. Piyadanı vuran avtomobilin hadisə yerindən uzaqlaşdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir