SEPAH-ın illüziyaları davam edir: “Biz “Şiə NASA-sı” yaratmaq niyyətindəyik” – FOTO

Dünya

İran Müdafiə Nazirliyinə bağlı “Malik Əştər” Texnologiya Universitetinin rektoru general Qasım Tağızadə gülünc fikir irəli sürüb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

“Biz “Şiə NASA-sı” yaratmaq niyyətindəyik. Biz müstəsna universitetik və birinci olmaq fikrində deyilik, amma əlimizdə olan imkanlarla bu universiteti “Şiə NASA-sı”na çevirmək istəyirik”, – deyə Q.Tağızadə qeyd edib.

O, əlavə edib ki, tezliklə İrandan kosmosa peyklərin göndərilməsi ilə bağlı şad xəbərlər olacaq:

“Bu layihələrə Müdafiə Nazirliyinin bir sıra sənaye qurumları cəlb olunub və universitetimizin öyrənciləri həmin layihələri həyata keçirmək və tamamlamaq üçün əsas işləri görüblər”.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir