Yas mərasimində namaz qılmaq üstündə dava düşdü: Yaralanan var

Cəmiyyət

Şəmkir rayonunda yas mərasimində dava düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən yas mərasimində 1990-cı il təvəllüdlü Ruslan Bağırov və həmyerlisi, 1978-ci il təvəllüdlü İdris Alıyev arasında namaz qılmaq üstündə mübahisə yaranıb. 

Nəticədə R.Bağırov İ.Alıyevə xəsarət yetirib. 

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir