Pezeşkian İranın ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb

Baş səhifə
Pezeşkian İranın ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.

“Report” xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Əgər ABŞ hökuməti öz totalitar ambisiyalarından əl çəkərsə və İran xalqının hüquqlarına hörmət etməyə başlayarsa, o zaman yəqin ki, razılaşmaya nail olmağın yolları tapılacaq”, – Pezeşkian bildirib.

İran Prezidenti paylaşımının sonunda danışıqlar aparan nümayəndə heyətinin üzvləri, xüsusilə parlament sədri Məhəmmədbaqer Qalibafa təşəkkür edib.