Bakı. Trend:
İspaniya çempionatının 31-ci turunda “Barselona” futbol klubu
evdə “Espanyol”u 4:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, “Barselona”nın heyətində Ferran Torres
iki qol (10-cu və 25-ci dəqiqələr), Lamin Yamal (87) və Markus
Reşford (89) hərəsinə bir qol vurublar. “Espanyol”dan Pol Losano
(56) fərqlənib.
“Barselona” ardıcıl yeddinci La Liqa qələbəsini qazanıb və 79
xalla turnir cədvəlinə başçılıq edir. Onların ikinci yerdəki “Real
Madrid”dən fərqi doqquz xala çatıb.

