
Bakı. Trend:
2026-cı ilin ötən dövrü ərzində Azərbaycanın ixrac etdiyi at
ətinin və qurbağa ayaqlarının miqdarı açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, cari ilin ötən dövrü ərzində Qazaxıstana
20000 kq at əti ixrac üçün sertifikatlaşdırılıb:
“2026-cı ilin ötən dövrü ərzində isə Azərbaycandan İtaliyaya
4080 kq qurbağa ayağı ixrac üçün sertifikatlaşdırılıb”, məlumatda
bildirilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan təxminən 23 ton (23006 kq)
qurbağa ayağı ixrac edib. Qurbağa əti Azərbaycandan İtaliya (18 032
kq), Fransa (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa
əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə
tərəfindən ixrac olunur.
Ötən il Azərbaycanın ixrac etdiyi at ətinin miqdarı isə 120 ton
olub.


