
Bakı. Trend:
Rusiya milisinin 20 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov
PSJ-yə keçə bilər.
Trend Rusiya
mətbuatına istinadən xəbər verir ki, Paris klubu “Lokomotiv”
(Moskva)-in yarımmüdafiəçisini yay transfer pəncərəsində transfer
etməyi nəzərdən keçirir. Klub futbolçu haqqında aktiv şəkildə
məlumat toplayır və onu yaxından izləyir.
Yaxın vaxtlarda PSJ nümayəndəsinin şəxsi danışıqlar üçün
Moskvaya səfər edəcəyi gözlənilir.
Cari mövsümdə Batrakоv Rusiya Premyer Liqasında 22 oyunda 12 qol
vurub və 8 məhsuldar ötürmə edib.


