“Yuventus” uruqvaylı müdafiəçini transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Sportinq”in müdafiəçisi Maksi Arauxo karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Yuventus” uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə “Tuttojuve” nəşri məlumat yayıb.




İtaliya klubu Arauxonu yayda satılacağı gözlənilən Andrea
Kambiaasonun davamçısı kimi düşünür. “Yuventus”un skautları 26
yaşlı sol cinah müdafiəçisini ötən gün UEFA Çempionlar Liqası 1/4
final mərhələsinin “Arsenal”la oyununda (0:1) izləyiblər.

Qeyd edək ki, “Sportinq” Maksi Arauxonu 2024-cü ilin yayında
Meksikanın “Toluka” klubundan 13 milyon avroya transfer edib.
Uruqvay millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində
meydana çıxdığı 37 rəsmi matçda 6 qol və 4 məhssuldar ötürmə ilə
yadda qalıb.