Fransada məktəblilərin sayı azalacaq

Baş səhifə

Bakı. Trend:

Fransanın Təhsil Nazirliyi yaxın onillikdə ölkədə məktəblilərin
sayının əhəmiyyətli dərəcədə azalacağını açıqlayıb.

Trend xəbər verir ki,
nazirliyin rəsmi proqnozlarına görə, 2035-ci ilə qədər şagirdlərin
sayı 1 milyon 700 minə yaxın azalacaq ki, bu da hazırkı səviyyəyə
nisbətən 14-15 faiz azalma deməkdir. Bu hal əsasən doğum
səviyyəsinin azalması ilə əlaqələndirilir.




Nazirliyin proqnozlarına əsasən, növbəti tədris ilində ibtidai
siniflərdə şagirdlərin sayında təxminən 125 min 400 nəfər azalma
olacaq.