İsrail zərbələri nəticəsində iki jurnalist həlak olub-FOTO

Baş səhifə

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda iki jurnalistin öldüyü bildirilir.

Modern.az xəbər verir ki, Livanda İsrail aviazərbəsi nəticəsində “Al-Manar” telekanalında çalışan Suzan Xəlil həyatını itirib.

Bundan əvvəl isə Qəzza zolağında digər media nümayəndəsi – Məhəmməd Vaşah öldürülüb. Məlumata görə, onun da ölümü İsrail zərbəsi nəticəsində baş verib.

İsrail mediası isə qeyd edir ki, sözügedən şəxslər jurnalist adı altında fəaliyyət göstərən agentlər olub.