Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha
arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib ki,
telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq
münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi,
enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə
olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər
ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.