
Bakı. Trend:
2026-cı ildə dünyada neft və digər maye karbohidrogenlərin
hasilatı gündəlik 1,3 milyon barel azalaraq 106,30 milyon bareldən
104,27 milyon barelə enəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya
Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı aprel
hesabatında bildirilir.
EIA-nın rüblər üzrə proqnozuna əsasən, 2026-cı ilin birinci
rübündə dünya üzrə neft və digər maye karbohidrogenlərin hasilatı
gündəlik 103,91 milyon barel, ikinci rübdə 99,18 milyon barel,
üçüncü rübdə 105,70 milyon barel, dördüncü rübdə isə 108,23 milyon
barel təşkil edib.
EIA-nın hesabatına görə, 2027-ci ildə dünyada maye
karbohidrogenlərin hasilatı gündəlik 109,47 milyon barel
səviyyəsində olacaq.
EIA-nın proqnozlarına əsasən, 2027-ci ilin birinci rübündə dünya
üzrə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 108,34
milyon barel, ikinci rübdə 109,12 milyon barel, üçüncü rübdə 109,88
milyon barel, dördüncü rübdə isə 110,50 milyon barel təşkil
edəcək.


