
Bakı. Trend:
Mart ayında “Brent” markalı neftin orta spot qiyməti bir barel
üçün 103 dollar təşkil edib və 2026-cı ilin ikinci rübündə 115
dollar/barel səviyyəsində pik həddə çatacağı, bundan sonra isə
dayandırılmış hasilat həcmlərinin tədricən bərpası ilə azalmağa
başlayacağı gözlənilir.
Bu barədə Trend
ABŞ-nin Enerji İnformasiya İdarəsinə (EIA) istinadən məlumat
verir.
“Biz proqnoz dövrü ərzində neft qiymətlərində risk mükafatını
saxlayırıq, çünki gələcəkdə mümkün tədarük fasilələri ilə bağlı
qeyri-müəyyənliyin qiymətləri münaqişədən əvvəlki səviyyədən yüksək
saxlayacağını gözləyirik”,- deyə EIA bildirir.
Məlumata görə, 2026-cı ilin dördüncü rübündə “Brent” markalı
neftin qiyməti bir barel üçün 90 dollardan aşağı düşəcək, 2027-ci
ildə isə orta hesabla 76 dollar/barel təşkil edəcək.
“Bu proqnoz əsasən Yaxın Şərqdəki münaqişənin davametmə müddəti
və bununla bağlı neft hasilatındakı fasilələrlə bağlı
ehtimallarımızdan asılıdır”,- deyə hesabatda qeyd olunur.


