
Bu gün səhər İranın Lavan adasında yerləşən neft təsisatlarında baş verən partlayışların səbəbi hava hücumları olub.
Bu barədə “Mehr” xəbər verir.
Bildirilib ki, təhlükəsizlik və yanğınsöndürmə qrupları hazırda yanğını nəzarət altına almaq və obyektlərin təhlükəsizliyini təmin etmək üçün çalışırlar.
Ölü və yaralıların olması ilə bağlı məlumat verilməyib.
***
13:13
İranın Lavan və Siri adalarında partlayışlar baş verib.
“Mehr”in xəbərinə görə, partlayışların səbəbi hələlik məlum deyil.
Bildirilib ki, atəşkəsin qüvvəyə minməsindən sonra Lavan adasındakı neft emalı zavodunda bir neçə partlayış baş verib.
Siri adasında da partlayışların baş verdiyi bildirilir.


